"Məktəb formanı seçəcək, istehsalçıya sifariş verməyəcək" - Təhsil Nazirliyi
"Məktəblə istehsalçının birgə işləməsi hansısa pul söhbətlərinə səbəb olacaq deyə geyim formalarının alınması valideynlərin ixtiyarına veriləcək. Məktəbli formalarının parçası aşınmaya davamlı, möhkəm, qırışmayan, yuyulanda balacalaşmayan və şagirdin sağlamlığına ziyan vurmayan olmalıdır.
Valideynlər təklif edir ki, forma sadə olsun, şagird hər yerə geyinsin. Dizaynerlər isə təklif edir ki, üstündə rəngli zolağı olsun, həmin zolaq da sadə olsun və qiymət çox olmasın. Loqo, hansısa gerb olsa, o zaman buna daha çox pul xərclənəcək”.
V.Yaqublu hər rəngli formada 3 müxtəlif ətək seçiminin verilməsinə də aydınlıq gətirib:
“Bu valideyn və uşağın seçiminə buraxılıb. Paltarın bir funksiyası da bədənin defektlərini örtmək, bədənə harmonik görünüş verməkdir. Qız uşaqları bu işdə həssasdılar. Onlar bədən quruluşlarına görə nümunə verilən 3 ətəkdən birini seçə bilərlər.
Cəmiyyət heç yerdə hemogen deyil, hamı varlı və kasıb deyil. Cəmiyyət olaraq işimiz uşaqlara dəyərlər vasitəsilə təhsil verməkdir. Ona görə də geyimi də bir vasitə kimi görməliyik. Şagirdlər öyrənməlidir ki, geyimə deyil, onun arxasındakı insana dəyər versinlər. Hər şeyi kasıblığa bağlamaq düzgün deyil, biz yaxşılığa doğru gedirik. Keyfiyyətli məktəbli formaları ala bilməyən ailələrə dəstək verməliyik”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


