Abşeronda 16 min abunəçinin qazı kəsilib

Abşeronda 16 min abunəçinin qazı kəsilib
  30 Mart 2022    Oxunub:771
Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.
Bu barədə AzVision.az -a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Haı-hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

AzVision.az



Teqlər: Qaz  



Xəbər lenti