Rusiya səfiri: "Deputat Delyaginin Azərbaycanla bağlı açıqlaması qəbuledilməzdir"

      Rusiya səfiri:    "Deputat Delyaginin Azərbaycanla bağlı açıqlaması qəbuledilməzdir"
  30 Mart 2022    Oxunub:939
Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı bəyanatı qəbuledilməzdir və Rusiyanın rəsmi mövqeyini əks etdirmir.

AzVision.az xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
"Deputatın bəyanatı qəbuledilməzdir və Azərbaycanla dostluq münasibətlərinin ziyanına ola bilər. Bu bəyanatlar Rusiyanın rəsmi mövqeyini ifadə etmir", - səfir bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyagin “Rossiya 24” telekanalının “60 dəqiqə” verilişinin efirində Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalını açıqlamışdı.

AzVision.az




Teqlər: Rusiya   Deputat  



Xəbər lenti