Britaniyalı nazir Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırılıb

Britaniyalı nazir Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırılıb
  30 Mart 2022    Oxunub:662
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippini Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, martın 30-da Z.Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü C.Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzVision.az



Teqlər:



Xəbər lenti