"2050-ci ilədək azad edilmiş ərazilər "yaşıl zona"ya çevriləcək" - Nazir müavini

   "2050-ci ilədək azad edilmiş ərazilər "yaşıl zona"ya çevriləcək" -    Nazir müavini
  30 Mart 2022    Oxunub:803
"Azərbaycanın qaz tədarükünü artırması üçün imkanlar var, amma bu, qarşılıqlı səylər tələb edir".
AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan regionumuzda başlıca enerji ehtiyatları tədarükçüsüdür. Azərbaycanın daxili bazarında təbii qazın hasilatı və istehlakı artır və bu, həm dövlət, həm də SOCAR şirkəti üçün yaxşıdır", - E.Soltanov deyib.

Nazir müavini əlavə edib ki, növbəti 10 il ərzində Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti