“Kərimli üstünə duz səpilmiş ilbiz kimi qıvrılır”

 “Kərimli üstünə duz səpilmiş ilbiz kimi qıvrılır”
  30 Mart 2022    Oxunub:3346
“Qələbəmizə kölgə salmağa cəhd edənlər üzərinə duz səpilmiş ilbiz kimi qıvrılırlar. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov yaşlandıqca daha tez-tez deşifrə olur, “5-ci kalon” mahiyyətini hər addımında açıq-aydın göstərir”.
Bu sözləri AzVision.az -a YAP Gənclər Birliyinin üzvü Mircəlal Mehdiyev deyib. O əlavə edib ki, Əli Kərimli və dəstəsinin bütün fəaliyyəti Azərbaycan dövlətinə ləkə yaxmaqdan ibarətdir:

“Onun əsas arzularından biri Azərbaycan dövlətinin ərazi bütövlüyünün risk altında olması, torpaqlarımızın düşmən işğalına məruz qalmasıdır. Məqsədləri Azərbaycan dövlətini xarici havadarlarının tapşırığı əsasında xaosa sürükləməkdir. Təbii ki, buna görə onlara maliyyə ayrılır. Xaricdən göstərilən etimadı doğrultmaqdan ötrü Azərbaycan dövlətinin imicinə xələl gətirə bilən bütün yollara əl atırlar”.

AzVision.az


Teqlər:



Xəbər lenti