Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.
Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.
Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.
Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


