"İrəvan Xalq Cümhuriyyətinin qurulması istiqamətində addımlar atılmalıdır" - Hərbi ekspert

   "İrəvan Xalq Cümhuriyyətinin qurulması istiqamətində addımlar atılmalıdır" -    Hərbi ekspert
  31 Mart 2022    Oxunub:1637
1828-ci ildə əzəli torpağımız İravana süni şəkildə gətirilən ermənilər havadarlarının dəstəyi ilə 1918-ci ildə dövlət qurmağa nail oldular. Davamında, Andranikin rəhbərliyində minlərlə insanımızı qətl etdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərimiz içərisində olan Qərbi Zəngəzurda yüzlərlə kəndi yandırıb, vətəndaşlarımızı diri-diri çuxurlara basdırdılar.
AzVision.az xəbər verir ki, bunu hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. O bildirib ki, 1920-ci ildə sovet işğalına məruz qalmış Azərbaycanından Zəngəzuru qanunsuz olaraq qoparıb Ermənistana birləşdirdilər:

"Davamında yurdumuza köçürülən bu murdar tayfa hər keçən gün daha yeni ərazilər işğal etmək üçün dayanmadan təxribatlara əl atdılar. 2020-ci ildə onlardan ərazilərimizi azad etməyə nail olsaqda yuxarıda bəhs etdiyim atalarımızın qanı ilə yoğrulan mirasımız hələ də düşmən tapdağı altındadır. Bu səbəblə, tez bir zamanda adekvat cavab olaraq tarixi haqsızlığa son qoyulmalı və İrəvan Xalq Cümhuriyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atılmalıdır.

Ermənistanda yeni bir dövlətin qurulması həm didərgin olmuş milyonlarla soydaşımızın öz yurdlarına qayıtmasına, bununla yanaşı, o ərazilərdə yaşayan ermənilərin terrorist siyasi iradədən qurtuluşuna və regionda sülhün təminatına vəsilə olacaq.

Bugünkü 31 mart soyqırım münasibəti ilə cəmi şəhidlərimizi hörmətlə anır və bir kərə yüksələn bayraq bir daha enməz nidaları ilə onların qisasının mütləq alınacağına sidq ürəkdən inanırıq".

AzVision.az


Teqlər: İrəvan  



Xəbər lenti