"Babək rayonunda məktəbin çökməsi məlumatı yalandır" - Təhsil Nazirliyi

   "Babək rayonunda məktəbin çökməsi məlumatı yalandır" -    Təhsil Nazirliyi
  31 Mart 2022    Oxunub:1829
Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb:

"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

AzVision.az



Teqlər:



Xəbər lenti