"Ağdamda aparılan minatəmizləmə və yenidənqurma layihələrinin həcmi məni heyrətləndirdi"

"Ağdamda aparılan minatəmizləmə və yenidənqurma layihələrinin həcmi məni heyrətləndirdi"
  01 Aprel 2022    Oxunub:825
"12 ay ərzində Ağdamda aparılan minatəmizləmə, yenidənqurma və infrastruktur layihələrinin həcmi məni heyrətləndirdi".
AzVision.az xəbər verir ki, bunu "MAG” təşkilatının regional direktoru Adam Komarovski deyib.

O, minatəmizləmə fəaliyyəti üzrə beynəlxalq konfransı yüksək qiymətləndirib:

"Bu konfrans vasitəsilə Azərbaycanda minatəmizləmə və minalarla bağlı son vəziyyəti öyrənəcəyik. Azərbaycan hökuməti tərəfindən çox böyük həcmdə işlər görülüb. Burada bizim təşkilat və digər təşkilatlar tərəfindən Azərbaycana minatəmizləmə prosesində necə kömək edəcəyimiz imkanlarını nəzərdən keçiririk. Ötən ilin aprel ayında Ağdamda olmuşam, bu il də oraya səfər etmək imkanım oldu. Orada minatəmizləmə bağlı görülən işlərin həcmi məni heyrətləndirdi. Bu, 12 aylıq müddətdən böyük işlər görülüb. Biz şirkət olaraq 20 ANAMA əməkdaşına təlimlər keçirik. Bizim 2 beynəlxalq ekspertimiz hazırda Horadizdə fəaliyyət göstərir".

Şəhanə Rəhimova
AzVision.az



Teqlər:



Xəbər lenti