Ötən ay 23 nəfər Azərbaycana buraxılmayıb

   Ötən ay 23 nəfər Azərbaycana buraxılmayıb
  01 Aprel 2022    Oxunub:1432
Ötən ay Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az -a bildirilib ki, mart ayında ölkəmizə girişinə qadağan qoyulmuş 23 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bundan başqa, cinatətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 210 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 331 nəfərin ölkəni tərk etməsinə imkan verilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti