ANAMA beynəlxalq təşkilatlarla müqavilə imzaladı

ANAMA beynəlxalq təşkilatlarla müqavilə imzaladı
  01 Aprel 2022    Oxunub:1563
Bakıda keçirilən "Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) ilə 4 beynəlxalq təşkilat arasında Anlaşma Memoramdumu imzalanıb.
AzVision.az xəbər verir ki, təşkilatlar 3 ölkəni - Türkiyə, Rusiya və Sloveniyanı təmsil edir.

Qeyd edilən təşkilatlar bunlardır:
1. İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (İHH) - Türkiyə
2. “ENERQOTRANSPROYEKT” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC - Rusiya
3. Türk QHT İnsani Mayın Faaliyeti Derneği (İMFAD) - Türkiyə
4. Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı - Sloveniya







Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti