Xəzərdə növbəti monitorinqlərə başlanılıb

Xəzərdə növbəti monitorinqlərə başlanılıb
  01 Aprel 2022    Oxunub:674
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin aparılması üçün bu gün, aprelin 1-də yenidən dənizə çıxıb.
AzVision.az xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 1-10 aprel tarixlərində dənizdə kompleks tədqiqatlar aparılacaq: "Ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir. Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.

AzVision.az



Teqlər:



Xəbər lenti