Əvvəlcə xalqımızın ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qəhrəmanlıqlarından, tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasından danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


