İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib

   İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib
  02 Aprel 2022    Oxunub:921
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti