Bakının mərkəzində güclü partlayış: 24 nəfər xəstəxanaya aparıldı - Video+Yenilənib

   Bakının mərkəzində güclü partlayış:  24 nəfər xəstəxanaya aparıldı - Video+Yenilənib
  03 Aprel 2022    Oxunub:1942
Bakıda gecə klubunda güclü partlayış olub
Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, yaralıların əksəriyyəti yanıq zəsarətləri alıb:
"Təcili tibbi yardım briqadalarının həkimlərin verdiyi məlumata görə, müxtəlif dərəcəli travmalı yaralılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni məlumatlar daxil olan kimi əlavə məlumatlar veriləcək".

****
04:07
AzVision.az xəbər verir ki, partlayış Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib:

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək".









Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti