Dövlət rəsmiləri partlayış baş verən əraziyə gəlib - Foto

   Dövlət rəsmiləri partlayış baş verən əraziyə gəlib -  Foto
  03 Aprel 2022    Oxunub:1619
Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında gecə klubunda partlayış baş verib. Hadisə yerinə dövlət rəsmiləri gəlib.
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, hazırda şəhər icra başçısı Eldar Əzizov hadisə baş verən ərazidədir. Bundan başqa icra hakimiyyəti aparatının xidmət rəisləri və digər məsul şəxslər də hadisə yerinə gedib.

Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov və Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib.





AzVision.az


Teqlər:



Xəbər lenti