"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili iştirakçılara təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verərək, bu dəfəki layihənin də məqsədinin talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirdi. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının və qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görüldüyünü bildiriən E.Nəbili qan donorluğu barədə də danışaraq yaşı 18-dən yuxarı olan hər bir sağlam şəxsin qan verə biləcəyini qeyd etdi: “Qan vermək bir insanın həyatını xilas etməklə yanaşı, həm də donorun özü üçün də faydalıdır. Qan donorluğu qanın yenilənməsinə səbəb olur, orqanizmin sağlamlığına şərait yaradır".
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin həkimi Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə iştirakçılara məlumatlar çatdırıb, gəncləri ailə qurmazdan əvvəl tibbi müayinədən keçməsinin vacibliyini bildirib.
Talassemiya, sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarının suallarını cavablandırıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


