Ötən il Azərbaycanda 2535 ilkin vərəmli xəstə aşkarlanıb

   Ötən il Azərbaycanda 2535 ilkin vərəmli xəstə aşkarlanıb
  04 Aprel 2022    Oxunub:748
"Ötən il ölkədə qeydə alınan ilkin vərəmli xəstələrin 2535 nəfər təşkil edib. Həmin xəstələrdən 1467-si bakteroloji təsdiqilənmiş ilkin xəstələr, 555 nəfəri isə kliniki təsdiqlənmiş ilkin xəstələr olub".
AzVision.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, ilkin vərəmli xəstələr arasında kişi xəstələrin sayı üstünlük təşkil edir(66,3 faiz).

"Yaş və cins üzrə bölgüsünə gəlincə, ən çox xəstələnmə halı 18-29 yaş arasında qeydə alınır ki, həmin xəstələrdən 448-i kişi, 261-i qadındır. 0-14 yaş arasında ilkin vərəmlə xəstələnənlərdən 41 nəfəri kişi, 36-sı qadındır. 60 yaşdan yuxarı olanlardan isə 241-i kişi, 146-sı qadındır".

H.Qədirova qeyd edib ki, ötən il ağciyər vərəmi ilə xəstələnmə halı 19,6 faiz, ağciyərdən kənar vərəmlə xəstəçənmə halı 5,1 faiz olub:

"2021-ci ildə uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəricisi 191 nəfər olub. Ötən il 1128 nəfər təkrar vərəmə yoluxub. Eyni zamanda bu dövrdə dərmana davamlı vərəm xəstələrdən 964 nəfəri müalicə üşün müraciət edib ki, onlardan 658 nəfəri yeni xəstələr olub. 2020-ci ildə vərəmdən 430 nəfər ölüb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti