Azərbaycanda 6 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

   Azərbaycanda 6 nəfər koronavirusa yoluxdu,    1 nəfər öldü
  04 Aprel 2022    Oxunub:548
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. 329 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti