"AŞ Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər"

   "AŞ Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər"
  05 Aprel 2022    Oxunub:1529
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Prosesi vətəndaş cəmiyyətləri başlada bilər".
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı çıxışında deyib.

Sektor müdirinin sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir: "İstərdik ki, Avropa Şurası nəinki Şərqə, eləcə də qərb hissəsinə nəzərini artırsın. Bu da ədalətli yanaşmanın önəmini artırmış olacaq. Vətən müharibəsindən sonra ölkəmizdə yeni reallıq yaranıb. Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Prosesi vətəndaş cəmiyyətləri başlada bilər. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsizlik şəkildə doğma yurdlarına qayıtmasının qarşısını almış olur. Həmçinin itkin şəxslərlə bağlı məsələlər də önəmlidir".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti