Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakı - Siyahı
Bakı şəhərində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


