Pediatr: "Valideynlər uşağı susdurmaq üçün telefon verirlər"

      Pediatr:    "Valideynlər uşağı susdurmaq üçün telefon verirlər"
  06 Aprel 2022    Oxunub:876
"Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Buna səbəb valideynlərdir. Bir yaşına qədər uşağın valideynə ehtiyacı olur. Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

Ə.Quliyev bildirib ki, bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır:

"Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar”.

AzVision.az



Teqlər:



Xəbər lenti