Fransa səfirliyində səsvermə məntəqəsi yaradılacaq

Fransa səfirliyində səsvermə məntəqəsi yaradılacaq
  07 Aprel 2022    Oxunub:671
Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçiriləcək. Bununla əlaqədar Bakıda yaşayan Fransa vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə saat 08:00-dən 19:00-a kimi Bakı Fransız Liseyində gəlib səs verə bilər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də baş tutacaq.

AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti