Zelenski: "Ukrayna sülh təkliflərinə cavab olaraq yalnız söz oyunu eşidir"

      Zelenski:    "Ukrayna sülh təkliflərinə cavab olaraq yalnız söz oyunu eşidir"
  07 Aprel 2022    Oxunub:1165
Rusiya rəhbərliyi sülh axtarmaq istəmir. Ukrayna nümayəndə heyətinin danışıqlar təkliflərinə cavab olaraq Rusiya tərəfdən yalnız şifahi oyun eşidilir.
AzVision.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski Kipr Respublikasının parlamentində çıxışı zamanı deyib. O qeyd edib ki, sülhün, Avropanın maraqları naminə çoxdan qəbul edilə biləcək bütün danışıqlar təkliflərinə Rusiyadan ancaq söz oyunu eşidirlər.

Prezident həmçinin vurğulayıb ki, Rusiya hələ də Ukrayna qoşunlarına, şəhərlərinə qarşı yeni hücum planları hazırlayır.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti