İftar + ard-arda siqaret = İnfarkt
Belə ki, bir siqaretin tərkibində təxminən 0,5 milliqram nikotin var və nikotinin beyinə çatması üçün 15 saniyə vaxt lazımdır. Siqaret spazm, nikotin zəhərlənməsi kimi fəsadlara səbəb olur. Başgicəllənmə, halsızlıq, ürəkbulanma, bağırsaq hərəkətlərində artım, qusma və ishal kimi vəziyyətlər nikotin zəhərlənməsinin əlamətləridir:
“Siqaret tüstüsünün tərkibində karbon monooksid qazı var. Bu isə kəskin damar spazmasına və bunun nəticəsində miokard infarktına aparıb çıxara bilər. Uzun illər siqaret asılılığı olanların onu birdən-birə tərgitməyi mümkün deyil, yəni bir müddət sonra onlara mütəxəssis köməyinə ehtiyacı yaranır”,- deyə həkim-kardioloq bildirib.
Ramazan ayı pis vərdişlərdən əl çəkmək üçün çox gözəl fürsətdir. Bu fürsətdən istifadə edib sağlamlığın qeydinə qalmaq barədə düşünmək lazımdır.
AzVision.az
Teqlər: İftar







Vaxtında, Aydın, Lazımlı!


