Ceyhun Bayramov Lavrovla danışıb

   Ceyhun Bayramov Lavrovla danışıb
  08 Aprel 2022    Oxunub:974
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə AzVision.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti