Ukrayna səfiri Rafael Ağayevin ölümü ilə bağlı başsağlığı verib

   Ukrayna səfiri Rafael Ağayevin ölümü ilə bağlı başsağlığı verib
  09 Aprel 2022    Oxunub:1515
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib. AzVision.az xəbər verir ki, diplomat başsağlığı mesajını feysbuk səhifəsində paylaşıb.
“"Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Onun xatirəsi əbədi yaşayacaq”, - səfir bildirib.

AzVision.az



Teqlər: Ukrayna   Səfir  



Xəbər lenti