Fransada prezident seçkiləri başlayıb
Seçkilərdə 12 namizəd, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron, iştirak edir. Onun əsas rəqibi “Milli birlik” partiyasından namizəd, deputat Marin Le Pendir.
Davam edən COVID-19 pandemiyası ilə əlaqədar seçicilərə qoruyucu maskalar taxmağa və sosial məsafəni qorumalıdırlar. Seçki komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya etmək tapşırılıb.
Respublikada qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə başa çatmamış sorğulardan və ya səsvermə prosesinin qiymətləndirilməsindən hər hansı məlumatın dərci, o cümlədən prezident marafonunun iştirakçılarının bəyanatlarının yayılması qəti qadağandır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


