Berlin Kiyevə 50 "Leopard" tankı, 60 piyada maşını verir

   Berlin Kiyevə  50 "Leopard" tankı, 60 piyada maşını  verir
  11 Aprel 2022    Oxunub:1262
Almaniyanın “Rheinmetall” müdafiə konserni Kiyevə 50-dək “Leopard 1” tankı, həmçinin 60-a qədər “Marder” tipli piyada döyüş maşını tədarük etməyə hazırdır. AzVision.az xəbər verir ki, bu barədə konsernin rəhbəri Armin Papperger məlumat verib.
- İlk "Leopard 1"lər altı həftəyə çatdırıla bilər, - Papperger deyib.

Onun sözlərinə görə, konsern 50 ədədə qədər “Leopard 1” tədarük edə bilir. Söhbət əvvəllər başqa ordularda istifadə edilən, sonra isə istehsalçıya qaytarılan köhnə texnikalardan gedir. Papperger qeyd edib ki, hazırda həmin texnikaların vəziyyəti yoxlanılır. Çatdırılmalar "Rheinmetall"ın törəmə şirkəti olan "Rheinmetall Italia" vasitəsilə həyata keçirilə və bu üç aya qədər vaxt apara bilər.
Şirkət həmçinin 50-dən 60-a qədər "Marder" piyada döyüş maşını tədarük etməyə də hazır olduğunu bildirib. İlk 10-20 ədəd altı həftə ərzində çatdırılmağa hazır olacaq.

Qeyd edək ki, Almaniyanın "Leopard" seriyalı tankları dünyanın ən güclü hərbi maşınlarından sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti