Qazdan qanunsuz istifadə edən obyekt aşkarlandı - VİDEO

   Qazdan qanunsuz istifadə edən obyekt aşkarlandı -    VİDEO
  12 Aprel 2022    Oxunub:826
“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprelin 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.
Qurumdan AzVision.az - a verilən məlumata görə, əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub.

İB bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildirir ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.

Ətraflı videomaterialdan izləyə bilərsiniz:



Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti