"Belaruslar Xəzərin sahilində istirahətə maraqlıdır" - DTA

   "Belaruslar Xəzərin sahilində istirahətə maraqlıdır" -    DTA
  12 Aprel 2022    Oxunub:1178
"Azərbaycana daha çox turistin gəlməsi üçün hədəf bazarlarında intensiv olaraq tədbirlər həyata keçirik. Yaxın Şərq ölkələri, Pakistan, Hindistan, Asiyanın digər ölkələrində, Avropa istiqamətində müəyyən işlər görürük ki, artan rəqabət şəraitində dünya turizm bazarında öz destinasiyamızın aktuallığını və rəqabət qabiliyyətliliyini ortaya qoyaq, nümayiş etdirə bilək.
Eyni zamannda İsrail bazarı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər istiqamətində aktiv olaraq tədbirlər planımız, Polşa, Pakistanla ilə bağlı yeniliklərimiz var".

Bunu AzVision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. O bildirib ki, bu il proqnoz ediləndən daha çox turist Azərbaycana səfər edib:

“Ötən ilin sonunda proqnozlaşdırırdıq ki, Azərbaycana səfər edən turisttlərin sayı 2022-ci ildə əvvəlki dövrlə müqayisədə 50 faiz artacaq. 2020-ci ilin ilk 3 ayının nəticələri sübut edir ki, proqnozlarımızdan da artıq xarici vətəndaşlar Azərbaycana səfər edirlər. Yanvar-mart aylarında Azərbaycana 246 min 277 əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxslər səfər edib ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 110 faiz artım deməkdir. Mart ayında ilk onluqda olan Türkiyədən 24 mindən çox, Rusiyadan 18 minə yaxın, İrandan 16 minə yaxın, Gürcüstandan 6 minə yaxın, Ukraynadan 5,3 min, Pakistandan 4 min, Birləşmiş Ərəb Əmirliklərindən 3 min, Səudiyyə Ərəbistanından 2683, Hindistandan 1556, Qazaxıstandan 1512 vətəndaş Azərbaycan gəlib”.



Postsovet məkanında geosiyasi müqanişələrin olduğunu vurğulayan K.Quluzadə bildirib ki, siyasi hadisələrlə bağlı turistlərin, səfər edənlərin istiqamətləri faktiki olaraq dəyişir və dəyişə də bilər:

“Hadisələrin gedişatından asılı olaraq proqnozlarımızı dəqiqləşdirəcəyik. Azərbaycan tuirizm sənayesi artan qonaq sayını qəbul etməyə hazırdır. Qeyd edək ki, 2019-cu ildə turizm sənayesində rekord göstərici qeydə alınmışdı, 3,2 milyon insan ölkəmizə səfər etmişdi. Biz o rəqəmdən artıq qonaqları hazırda qəbul etməyə hazırıq. Əlavə olaraq fokuslandığımız iki məsələ var: bu, insanların sağlamlığının qorunmasının təmin olunmasıdır və işğaldan azad edilmiş ərazilər destinasiyasının təqdimatıdır ki, bunu da intensiv olaraq həyata keçiririk və marağı görürük. İnfrastruktur məsələrində ciddi irəliləyiş var Suqovuşunda turist kompleksinin bünövrəsi qoyuldu. Suqovuşan kimi turistik məhsulların yaradılması digər istiqamətlərdə də nəzərdə tutulur”.

Sədr müaşviri bildirib ki, hazırda Belarus istiqamətindən Azərbaycana böyük maraq var: “Bu il belarusların Xəzər dənizinin sahilində, o cümlədən Azərbaycanda istirahətlərini keçirmək istəklərini görürük”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti