Xələf Xələfov qırğız həmkarı ilə danışıb

Xələf Xələfov qırğız həmkarı ilə danışıb
  12 Aprel 2022    Oxunub:599
Azərbaycan və Qırğızıstan Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.
AzVision.az XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.

İsrail XİN: Azərbaycanla əlaqələrin genişləndirilməsi üçün irəliyə baxırıq
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti