
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”) bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman preparatı aşkarlanaraq götürülüb. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


