“COVID-lə bağlı vəziyyət nəzarət altındadır” – TƏBİB sədri

   “COVID-lə bağlı vəziyyət nəzarət altındadır” –    TƏBİB sədri
  13 Aprel 2022    Oxunub:540
"COVID 19-la mübarizə üzrə tibb müsəsisələri və ölkə üzrə ümumi vəziyyət nəzarət altındadır".
AzVision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov “Real TV”-yə müsahibəsində deyib. O bildirib ki, bununla bağlı ciddi sıxıntı yoxdur:

“Tibb müəssələrində koronaviruslu xəstələrin müalicəsi üçün kifayət qədər yerlər var. Evlərdə müalicə alan xəstələrə ciddi nəzarət olunur. Son dövrlər TƏBİB tabeliyində olan və ya digər tibb müəssisələri COVID-dən kənar tibbi xidmətlərin göstərilməsinə cəlb olunub. Vətəndaşlarımızın böyük hissəsi vaksinasiya olunub və proses davam edir. Ümumi vəziyyət nəzarət altındadır”.

AzVision.az



Teqlər:



Xəbər lenti