Elman Rüstəmov yeni vəzifəyə təyin olundu

      Elman Rüstəmov yeni vəzifəyə təyin olundu
  13 Aprel 2022    Oxunub:3359
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub. Ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub.

AzVision.az


Teqlər: Elman-Rüstəmov  



Xəbər lenti