“Moskva” raket kreyserində yanğın: Döyüş sursatları partladı

   “Moskva” raket kreyserində yanğın:    Döyüş sursatları partladı
  14 Aprel 2022    Oxunub:991
Qara Dəniz Donanmasının “Moskva” kreyserində baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmi ciddi zədələnib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ekipaj tamamilə təxliyə edilib. Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib. Gəmi Qara Dəniz Donanmasının flaqmanıdır. 1983-cü ildə “Şöhrət” adı ilə istifadəyə verilib. 1996-cı ildə kreyser indiki adını alıb. Gəminin əsas zərbə silahı 16 P-1000 Vulkan raket buraxılış qurğusudur.

2015-ci ilin ikinci yarısında kreyser Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki daimi əməliyyat qrupuna rəhbərlik edib və burada Suriyadakı Rusiyanın Xmeymim aviabazasını havadan müdafiə sistemləri ilə əhatə edib. 22 iyul 2016-cı ildə Moskva kreyseri Naximov ordeni ilə təltif edilib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Moska   Gəmi  



Xəbər lenti