Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

   Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək
  14 Aprel 2022    Oxunub:693
Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmur.
AzVision.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, bu gün fəaliyyət göstərən həmin qrupların sayı 1-5 yaşlı uşaqları tam əhatə etmir:

“Ona görə də məktəblərin nəzdində həmin qrupların yaradılması da məhz bu boşluqları doldurmaq üçün nəzərdə tutulub. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 faiz civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 98 faiz olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti