"Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməliyik" - Fazil Mustafa

   "Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməliyik" -    Fazil Mustafa
  15 Aprel 2022    Oxunub:723
Artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi etiraf edilir.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycan bundan istifadə etməlidir:

“Paşinyan özü də etiraf edir ki, Azərbaycnala sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz. Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə işimizi gücləndirməliyik.Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var, biz yeni təşəbbüs irəli sürməliyik. M

DB məkanında Ermənistanla 5 platformada birlikdə çıxış edirik. QHT-lər üzərindən də bu sahədə qadağa götürülməlidir. QHT-lər Ermənistan QHT-ləri ilə layihələri artırmalı, cəmiyyətə təkliflər çatdırmalıdır. Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməyə başlamalıyıq”.

AzVision.az



Teqlər: QHT   Azərbaycan  



Xəbər lenti