30 minlik " Sultan" atı hərracda satılmadı - FOTO

   30 minlik " Sultan" atı hərracda satılmadı -  FOTO
  15 Aprel 2022    Oxunub:1756
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində 2018-ci il təvəllüdlü "Sultan" atı hərraca çıxarılıb. Atın ilkin qiyməti 30 min manatdan başlayıb.
AzVision.az xəbər verir ki, "Sultan" atının sürəti 57 km/saat-dan çoxdur. Atası Sərəvin, anası Sürməli olan Qarabağ atı hərracda satılmadı. At sahibi, məşqçi Sərxan Tağıyevdə qaldı. Atın məşqçisi bildirib ki, "Sultan" atı yarışlarda iştirak edərək, nəticələr əldə edib. O qeyd edib ki, at 2 il Cıdır yarışlarına hazırlanıb.






Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti