Ağır qəza baş verib: Yaralılar var

   Ağır qəza baş verib:    Yaralılar var
  15 Aprel 2022    Oxunub:2241
Zərdab rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə ötən gecə Zərdab-Ağcabədi yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Emin Tağıyevin idarə etdiyi "VAZ 2109" markalı minik maşını ilə Rza İsayevin idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü Emin Tağıyev, sərnişinləri - Ramil Əzizov, Bəxtiyar Kərimli, Nurlan Əsgərov və Amil Tağızadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanların bəzisinin durumu qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.(apa)


Teqlər:



Xəbər lenti