Azərbaycanın UFC-də ilk döyüşçüsü o olacaq

   Azərbaycanın UFC-də ilk döyüşçüsü o olacaq
  15 Aprel 2022    Oxunub:1130
Hazırda ölkəmizdə səfərdə olan MMA döyüşçüsü Rafael Fiziyev UFC-də Azərbaycanı təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Fiziyev əslən azərbaycanlı olsa da, Qazaxıstanda doğulub. O, uzun müddət UFC-də Qırğızıstanı təmsil edib. Bir neçə ay öncə bu ölkədə problemlərlə qarşılaşan idmançı Qırğızıstan bayrağı altında çıxış etməkdən imtina edib.

Məlumat üçün bildirək ki, R.Fiziyev Azərbaycanın UFC-də ilk döyüşçüsü olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti