Karantin postları sökülür

   Karantin postları sökülür
  16 Aprel 2022    Oxunub:1179
Sərt karantin dövründə Bakıdan bölgələrə gedən və əks istiqmaətdə yollarda quraşdırılmış postlar sökülür. AzVision.az xəbər verir ki, artıq Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların sökülməsi barədə görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı: “Həmin postlar daimi olmadığı üçün sökülə bilər”.

Qeyd edək, 2020 və 2021-ci illərdə koronavirusa yoluxanların çoxalması səbəbindən sərt karantin rejimləri tətbiq edilib. Bu dövrdə quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələri, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobilləri, yük avtomobilləri və yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçənlər hərəkət edilə bilirdi.

AzVision.az



Teqlər:



Xəbər lenti