Sumqayıtda ev yanıb, xəsarət alan var

Sumqayıtda ev yanıb,    xəsarət alan var
  16 Aprel 2022    Oxunub:1044
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti