KTM türkiyəli tələbənin paylaşımına aydınlıq gətirdi: "Belə hadisə olmayıb"

   KTM türkiyəli tələbənin paylaşımına aydınlıq gətirdi:    "Belə hadisə olmayıb"
  18 Aprel 2022    Oxunub:991
Kliniki Tibbi Mərkəz Azərbaycanda daxili qanaxma riski ilə xəstəxanaya müraciət edən türkiyəli tələbəyə yardım göstərilməməsi barədə tvitterdə Çağla Acar adlı istifadəçinin paylaşdığı məlumata aydınlıq gətirib.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı yazdığı məsələ araşdırılıb və belə bir fakt aşkarlanmayıb.

"Məlumat üçün bildirək ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib. Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçisi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik".

Qeyd edək ki, Cağla Acar adlı istifadəçi dostuna KTM-nın tibb işçiləri tərəfindən laqeyd münasibət göstərilməsindən şikayətlənib.







Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti