60 yaşlı kişinin 12 yaşlı qızı zorlaması ilə bağlı Baş Prokurorluğa müraciət edildi - Yenilənib

 60 yaşlı kişinin 12 yaşlı qızı zorlaması ilə bağlı Baş Prokurorluğa müraciət edildi -  Yenilənib
  18 Aprel 2022    Oxunub:5267
Masalı rayonunun Hərəb kəndində 12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, 60 yaşlı kişi azyaşlıya iki dəfə təcavüz edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdənoğlu AzVision.az -a açıqlamasında bildirib ki, hadisə ilə bağlı vətəndaş müraciəti daxil olub:

" Məsələnin araşdırılması üçün artıq Baş Prokurorluğa müraciət olunub. Bu cinayət hadisəsidir. Əgər təsdiqini taparsa cinayətkar cəzasını çəkəcək"



Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti