Britaniyalı parlamentarilər: "Bölgədə dayanıqlı sülhün bərqərar olması vacibdir"
Görüşdə iştirak edən deputatlar Nigar Arpadarai və Erkin Qədirli Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlamasının acı nəticələrindən bəhs ediblər. Deputatlar bu nəticələrin aradan qaldırılması istiqamətində görülən işlər, Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesinin inkişafı, perspektivləri barədə fikirlərini bölüşüblər.
Qonaqlar Baron Bryus Malkolm Qrey, Lord Donald Robin Alers Xenki və Faultless Julian bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyini vurğulayıb, Azərbaycanla Birləşmiş Krallıq arasında inkişaf etməkdə olan münasibətlər barədə fikirlərini səsləndiriblər.
Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Britaniya







Vaxtında, Aydın, Lazımlı!


