"Azərbaycan Qarabağı öz imkanları hesabına bərpa edir"
O, görüşdə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymasından sonra görülən işlər haqda məlumat verdiyini qeyd edib:
“Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində öz imkanları hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir. Bütün infrastruktur yenidən bərpa olunur, yeni şəhərlər, kəndlər tikilir”.
Azərbaycan-Gürcüstan münasibətlərinə toxunan S.Qafarova bildirib ki, xalqlarımız arasında dostluğun qədim tarixi var:
“Onlar əsrlər boyu bir yerdə olub, həmişə dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar, əməkdaşlığımız da məhz bu möhkəm təməl üzərində qurulub. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərimiz ardıcıl şəkildə inkişaf edir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


