Göyçayda həmkəndlisini öldürənin məhkəməsi başlayır
İstintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə ) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: Məhkəmə







Vaxtında, Aydın, Lazımlı!


