Üç rayona prokuror təyin olunub

Üç rayona prokuror təyin olunub
  20 Aprel 2022    Oxunub:1186
Ağsu rayonuna yeni prokuror təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. O, əvvəllər Sumqayıt şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayonuna prokuror təyin edilib.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti